REGİONLAR


Turizm sahəsində fəaliyyət göstərən sahibkarlar üçün təlim keçiriləcək

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə turizm sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Mədəni turizmdə klasterləşmənin səmərəliliyi” mövzusunda onlayn təlim keçiriləcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlimin təşkilində məqsəd mədəni turizmin mahiyyəti, “KOB klaster” anlayışı, turizm sahəsində klasterlərin yaradılması, klasterlərlə bağlı qanunvericilikdəki yeniliklər, mədəni turizmdə klasterləşmənin səmərəliliyi barədə turizm sahəsində fəaliyyət göstərən sahibkarları məlumatlandırmaqdır.

Onlayn təlimdə iştirak etmək istəyən KOB nümayəndələri https://bit.ly/2UiWV0p linkinə daxil olmaqla tədbirə qoşula bilərlər (İD: 555 222 1504, Parol: 2221504).

Təlimdə iştirak etmək istəyən KOB-ların texniki dəstəyə ehtiyacı olarsa, Xaçmaz KOB İnkişaf Mərkəzinə ((+994) 55 222 15 04 və ya xacm[email protected]) müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.