REGİONLAR


Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncə şəhərində turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Dövlət Reklam Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələri, eləcə də regionda turizm sahəsində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib. Tədbirdə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.