MƏDƏNİYYƏT


Turizm sektorunun inkişaf istiqamətləri müzakirə olunub

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) turizm sektorunun inkişaf istiqamətləri müzakirə olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali təhsil ocağının rektoru, professor Cəfər Cəfərovun Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Sonya Fonteyn və təşkilatın ölkəmizdə səfərdə olan bir qrup eksperti ilə görüşündə Azərbaycanda turizm sektoru, inkişaf istiqamətləri, turizm sahəsində həyata keçirilən elmi araşdırmaların nəticələri haqqında müzakirələr aparılıb.

Eyni zamanda, universitet və GİZ tərəfindən müştərək həyata keçirilən layihələr, o cümlədən gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.