ELM VƏ TƏHSİL


Turizm və Menecment Universiteti beynəlxalq elmi forumda təmsil olunub

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev Rusiya Həştərxan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “XXI əsrdə Xəzər regionu: davamlı inkişaf yolları” mövzusunda beynəlxalq elmi forumda iştirak edib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə N.Quliyev “Azərbaycanda turizmin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Müzakirələrdə azərbaycanlı alimin Xəzəryanı ölkələrdə turizm imkanlarının öyrənilməsi və turizm marşrutlarının kriteriyalarının müəyyən edilməsi təklifi rəğbətlə qarşılanıb.

Tədbirdə I Xəzər Elm Forumunun Bakı şəhərində keçirilməsi təklifi irəli sürülüb.

Qeyd edək ki, beynəlxalq elmi forumun təşkilində başlıca məqsəd Xəzərətrafı ali təhsil müəssisələrinin dəstəyi ilə region əhəmiyyətli müştərək akademik araşdırmalara nail olunması və elmi əməkdaşlıq imkanlarının müzakirəsinin təşkili məsələsi idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.