ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı onlayn tədbir
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə ATMU-nun mülki müdafiə qərargahının rəisi, elm və inkişaf məsələləri üzrə prorektor, professor İranə Əliyeva mülkü müdafiənin həyat üçün əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı hər il dünyanın əksər ölkələrində tədbirlər keçirilir, insanlar bu istiqamətdə maarifləndirilirlər. Azərbaycan 1993-ci ildən Ümumdünya Mülki Müdafiə Təşkilatına üzvdür və dövlət olaraq vətəndaşlarının təhlükəsizliyini hər zaman diqqətdə saxlayır. Həmçinin ATMU-da da təhlükəsizlik tədbirlərinə dair tədbirlər keçirilir.
Çıxış edənlər son illər dünyada texnogen, ekoloji hadisələrin və təbii fəlakətlərin ildən-ilə çoxaldığını söyləyib, fövqəladə hallar zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmasının vacibliyini vurğulayıblar.