ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetində doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrlar hazırlanacaq

Bakı, 10 avqust, AZƏRTAC

Baş nazir Əli Əsədov “Azərbaycan Turizm və Menecment Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.

AZƏRTAC xəbər verir ki, qərara əsasən, Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrilib və Nizamnaməsi təsdiq edilib. Nizamnamədə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması, magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi, doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, iхtisas və elmi dərəcələrin yüksəldilməsi, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması kimi fəaliyyət istiqamətləri nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.