ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetində qış imtahan sessiyası başlanıb

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2018/2019-cu tədris ilinin qış imtahan sessiyası başlanıb.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, rektor İlham Mədətov universitetin kollektivi ilə görüşdə imtahanların şəffaf keçiriləcəyini, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağını söyləyib. Rektor ali təhsil müəssisəsində imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin müraciətlərinin qəbulu, o cümlədən araşdırılması məqsədilə qərargah, onun nəzdində “Qaynar xətt”in yaradıldığını diqqətə çatdırıb.

ATMU-da 1688 bakalavr və magistrantın iştirak etdiyi imtahanlar fevralın 2-dək davam edəcək. Dekanlıqlar tərəfindən fənn və qruplara görə “Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi cədvəli” tərtib edilib. Sessiya imtahanları nəticəsində yarana biləcək narazılıqların mövcud qaydalar əsasında araşdırılması məqsədilə apellyasiya komissiyası fəaliyyət göstərəcək. Həmçinin valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.