ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetində sənaye əməkdaşlığı çərçivəsində növbəti tədbir

Bakı, 11 mart, AZƏRTAC 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) biznes idarəçiliyi fakültəsinin iqtisadiyyat kafedrasının təşkilatçılığı və “AFB Bank” ASC-nin məsul nümayəndələrinin iştirakı ilə “Müəssisələrdə daxili audit funksiyasının rolu, reallıqlar və yeni çağırışlar” mövzusunda seminar keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, seminarda “Daxili audit üzrə beynəlxalq standartlar və etik məcəllə”, “Daxili audit tapşırıqlarının əhatə dairəsi və tətbiq sahələri”, “Müasir dövrdə audit tapşırıqlarının aparılmasına tələblər və istifadə edilən alətlər”, “Fırıldaqçılıq halları, başvermə səbəbləri və aşkar olunmasında daxili auditin rolu”, “Daxili audit tapşırıqlarının icrası zamanı və daxili audit fəaliyyətinin səmərəliliyinin artırılmasında İT-nin praktik rolu” və digər mövzularda söhbət-müzakirə aparılıb.

Sənaye nümayəndələri ilə əməkdaşlığı şərtləndirən tədbirdə audit komitəsinin sədri Şadiyyə Amanova, baş auditoru Əlibala Ağayev və auditor Murad Əliyev iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.