ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetinin akademik heyətinə və tələbələrinə hədiyyə

Bakı, 21 may, AZƏRTAC

Bu günlərdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) akademik heyəti və tələbələri Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən qiymətli dərs vəsaiti əldə ediblər.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, korporativ sosial məsuliyyət layihəsi çərçivəsində “Dövlət maliyyəsi və dövlət siyasəti” adlı kitabın müəllifi ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun professoru, dünya şöhrətli iqtisadçı alim Conatan Qruberdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə TEAS Press nəşriyyatında Azərbaycan dilində işıq üzü görən dərs vəsaitindən indi dünyanın bir çox universitetlərində əsas dərslik kimi istifadə olunur.

“Dövlət maliyyəsi və dövlət siyasəti” adlı dərslikdən bəhrələnmək istəyənlər ATMU-nun Kitabxana-İnformasiya Mərkəzinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.