ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetinin nümayəndələri beynəlxalq seminarda iştirak ediblər

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev, həmin kafedranın dosentləri Gülnar Məmmədli, Çingiz Əliyev, baş müəllimlər Həlilə Məmmədova, Firuzə Raşova və müəllim Səbinə Qasımova Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutu tərəfindən keçirilən “Azərbaycan Respublikasında spirtli içkilərin dövriyyəsinin idarə edilməsi və təşviqi” mövzusunda onlayn beynəlxalq seminarda iştirak ediblər.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, seminarda dosent Novruz Quliyev Azərbaycanın ərazisi, coğrafiyası, flora və faunası, ölkəmizdə yetişdirilən üzüm sortları, həmçinin şərabçılıq üzrə ixtisaslaşan müəssisələrin fəaliyyəti barədə məlumat verib, həmçinin ATMU-nun fəaliyyətindən söz açıb.

Elmi-tədqiqat institutlarının, sənaye və ali təhsil müəssisələrinin nümayəndələrinin qatıldığı seminar dekabrın 20-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.