ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin tələbələri beynəlxalq sertifikata layiq görülüb
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup tələbəsi Bolqarıstanın Sviştov şəhərində D.Tsenov adına İqtisadiyyat Akademiyasının təşkilatçılığı ilə keçirilən “Mən bir iş lideri olsaydım ... davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” beynəlxalq elmi-praktik konfransda iştirak etmək hüquqi qazanıblar.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr tərəfindən beynəlxalq konfransa təqdim olunan məqalələrdə yerli iqtisadi və sosial mühitə uyğun inkişaf modellərindən bəhs edilib.
Universitetin marketinq kafedrasının müdiri, dosent Elmira Qocayeva qeyd edib ki, müəyyən dəyərlər, o cümlədən insan amili idarəetmə mexanizminin təşkili və inkişafında mühüm əhəmiyyətə malikdir. Konfransa təqdim edilən məqalələrdə rəhbərliyin məsuliyyətli inkişafı, təhsil-tədris yanaşmaları və üsullarında məqsədəuyğun yeniliklər nəzərdə tutulur.
Yekun nəticələrə əsasən müəlliflər Almaniyanın Köln şəhərində keçirilən 5-ci RMER konfransının münsiflər heyəti tərəfindən sertifikatlara layiq görülüb, məqalələr CD disklərdə buraxılıb.