ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetinin tələbələri xarici ölkələrdə istehsalat təcrübəsi keçəcəklər

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Şarl Dönie ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a ATMU-dan bildirilib. Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssis İranə Məmmədcanovanın qatıldığı görüşdə ATMU ilə Fransanın universitetləri arasında əməkdaşlıq imkanları, beynəlxalq təhsil layihələrində birgə iştirak, Fransada tələbələr üçün istehsalat təcrübəsinin təşkili və s. məsələlər müzakirə olunub.

Digər görüş isə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunan rəhbəri Ufuk Turganerlə keçirilib. Görüşdə ATMU tələbələrinin Şimali Kipr Türk Respublikasında istehsalat təcrübəsi keçmə imkanları müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.