ELM VƏ TƏHSİL
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ustad dərsləri keçilib
Bakı, 11 aprel, AZƏRTAC
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) aşpaz və qənnadıçı-şirniyyatçı peşələri üzrə çalışan istehsalat təlimçilərinə ustad dərsləri keçilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ustad dərsləri Almaniyanın peşəkar mətbəx avadanlıqlarının istehsalı ilə məşğul olan “MKN”, “Hazar Industry Azərbaycan” şirkətləri və Turizm və Sosial Xidmətlər üzrə BDPTM arasında seminarların və metodik dərslərin keçirilməsi məqsədilə sənaye avadanlığının verilməsinə dair imzalanmış əməkdaşlıq memorandumunun şərtlərinə uyğun təşkil olunub. Dərsləri MKN-in MDB ölkələri üzrə ticarət nümayəndəsi Tatyana Pavlova və şirkətin aşpazı Pavel Dzyublo keçiblər.
Ustad dərslərində Turizm və Sosial Xidmətlər üzrə BDPTM-in tələbələri və məzun olmuş gənc aşpazları da iştirak ediblər.
Sonda bişirilən təamlar qiymətləndirilib və iştirakçılara sertifikatlar təqdim olunub.