MƏDƏNİYYƏT


Turizmçilərə təşəkkürnamələr təqdim edilib

Turizmçilərə təşəkkürnamələr təqdim edilib

Bakı, 30 dekabr, AZƏRTAC

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı qələbə çaldığı Vətən müharibəsində turizm sənayesinin nümayəndələri yüksək sosial məsuliyyət və nümunəvi vətəndaş mövqeyi sərgiləyərək mütəmadi olaraq cəbhəboyu ərazilərdə əsgər və zabitlərimizə qələbə ruhu verən mənəvi dəstək və yardım kampaniyalarında fəal iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, bunları nəzərə alaraq Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən bir sıra turizm agentliklərinin nümayəndələri təşəkkürnamə ilə təltif edilib.

Təltif olunanlar arasında Ayxan Əlləzli, Aidə Əliyeva, Svetlana Hüseynova, Fərahim Əliyev, Kənan Hənifəyev, Rəhim Qədirov, Rəhman Quliyev, Ramazan Məmmədzadə, Elnur Mahmudzadə, Pərviz Musayev, Röya Bağırova, İbad Bağırov, Azər Hüseynov və Cəmilə Əliyeva yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.