DÜNYA


“TurkStream” boru kəməri ilin sonuna kimi istifadəyə veriləcək

Bakı, 11 may, AZƏRTAC

Rusiya təbii qazını Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəməri (“TurkStream”) bu ilin sonuna kimi istifadəyə veriləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “TurkStream” şirkətinin sözçüsü Aslı Esen deyib. O bildirib ki, layihə üzrə ən mühüm mərhələlər başa çatıb və işlər qrafik üzrə irəliləyir. İllik 31,5 milyard kubmetr qaz nəqletmə qabiliyyəti və iki paralel boru xəttindən ibarət olan layihənin dəniz seqmentindəki bütün işlər tamamlanıb. Hazırda boru kəmərinin möhkəmliyi və təhlükəsizliyi üzrə sınaqlara başlanılıb. “TurkStream” kəmərinin Rusiyadakı quru hissəsinin inşası tamamlanıb və buradakı stansiyanın tikintisində son mərhələ icra edilir.

“Boru kəməri nəzərdə tutulduğu kimi cari ilin sonuna kimi istifadəyə veriləcək. Layihənin son mərhələsi olan və Kıyıköydə inşası davam etdirilən qəbul terminalında isə işlərin 70 faizdən çoxu tamamlanıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Gazprom” şirkəti bu il layihəyə 102 milyard rubl ayırıb. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.