DÜNYA


“TurkStream”ın Bolqarıstan hissəsini İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium inşa edəcək

Bakı, 16 aprel, AZƏRTAC

Rusiya təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) Bolqarıstandan keçəcək hissəsinin inşasını İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium həyata keçirəcək.

AZƏRTAC “Bulgartransgaz”a istinadla xəbər verir ki, boru kəmərinin Türkiyə sərhədindən Serbiya sərhədinədək olan hissəsinin tikintisi ilə bağlı tenderin qalibi İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium olub. Konsorsium tenderi ən aşağı təklif verərək qazanıb. Bunlar İtaliyanın “Arcad ABB S.p.A.” və Səudiyyə Ərəbistanının “Arkad Engineering and Constructions Company” şirkətləridir.

Qeyd edək ki, “Gazprom” şirkəti bu il layihəyə 102 milyard rubl ayırıb. “TurkStream”ın cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Kəmərin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.