SİYASƏT


Türk Akademiyası Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini hər zaman dəstəkləyib

Nur-Sultan, 27 sentyabr, AZƏRTAC

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanda Anım Günü ilə əlaqədar bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib.

Bəyanatda bildirilir ki, bu gün təşkilatımızın qurucu üzvlərindən olan Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətən övladlarını dərin ehtiram və minnətdarlıqla anır.

Müzəffər Azərbaycan Ordusunun Prezident İlham Əliyevin rəhbərliyi ilə yazdığı möhtəşəm tarix Azərbaycanın inkişafı, bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətli hadisə oldu.

Türk Akademiyası hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib, 44 gün ərzində dinc əhaliyə edilən hücumları şiddətlə pisləyib, Vətən müharibəsində Azərbaycanın yanında olduğunu bəyan edib. Müharibə dövründə Qarabağla bağlı xüsusi məlumatların, önəmli sənədlərin yer aldığı kitab hazırlayaraq nəşr edib. Bu, beynəlxalq təşkilat tərəfindən Qarabağla bağlı buraxılmış ilk kitab olub.

“Bu vacib gündə Türk Akademiyası olaraq bütün türk dünyası ilə birlikdə qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi dərin hörmət və ehtiramla anır, qazilərimizə Allahdan şəfa diləyirik!”, - deyə bəyanatda qeyd olunur.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.