SİYASƏT


Türk Dövlətləri Təşkilatı 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə bağlı paylaşım edib

İstanbul, 29 sentyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Prezident İlham Əliyev tərəfindən 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.

Bununla əlaqədar Türk Dövlətləri Təşkilatının bünövrəsi olan güclü türk dünyası hədəfinin memarlarından biri, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirik”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.