SİYASƏT


Bağdad Amreyev: Azərbaycan Ordusu tərəfindən yazılan tarix regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm amildir

İstanbul, 27 sentyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) 27 Sentyabr - Anım Günü ilə əlaqədar mesaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, TDT-nın Baş katibi Bağdad Amreyevin imzası ilə yayımlanan yazıda deyilir: “27 sentyabr qurucu üzvümüz Azərbaycanın, 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş hərbçilərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin anım və matəm günüdür. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2783 əsgəri şəhid olub, yüzdən çox əsgəri itki verib, mindən çox əsgər yaralanıb və sağlamlığını itirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən yazılan tarix Azərbaycanın inkişafı və çiçəklənməsi üçün möhkəm bünövrə, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amildir.

TDT və bütün türk xalqları olaraq qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi dərin ehtiram və rəhmətlə yad edirik”.

 
Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.