CƏMİYYƏT


Türk Dövlətləri Təşkilatı tərəfindən Afrikanın iki ölkəsinə vaksin yardımı edilib

Ankara, 7 dekabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) adından yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Afrikanın Burkina-Fason və Toqo ölkələrinə vaksin göndərilib.

AZƏRTAC xəbər verir ki, yadım üçün Azərbaycan, Türkiyə, Özbəkistan və Macarıstan tərəfindən ümumilikdə 611 min 200 doza vaksin toplanıb. Azərbaycan bu məqsədlə yardım karvanına 100 min doza Sinovac peyvəndi ayırıb. Bildirilir ki, artıq TDT adından təyyarə ilə göndərilən humanitar tibbi yardım mənzil başına çatıb.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla türk dövlətləri hər zaman koronavirus infeksiyasına qarşı peyvənd millətçiliyinə qarşı olublar və mövqelərini açıq və qəti şəkildə ifadə ediblər.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.