İQTİSADİYYAT


Türk Dövlətləri Təşkilatının Nəqliyyatı əlaqələndirmə komitəsinin iclası keçirilib

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də Türkiyə Respublikasının İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin aidiyyəti qurumlarının nazir müavinləri səviyyəsində TDT-nin Nəqliyyatı əlaqələndirmə komitəsinin iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə tədbirlər, üzv dövlətlər arasında daşıma prosedurlarının rəqəmsallaşdırılması müzakirə olunub.

Eyni zamanda “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş” layihəsi, üzv dövlətlər arasında uçuşların sayının artırılması və TDT-yə üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı iclasına hazırlıqla bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.