CƏMİYYƏT


Türk Dünyası Transplantoloqları Cəmiyyətinin üçüncü konqresində Azərbaycan da təmsil olunur

Daşkənd, 12 oktyabr, АZƏRTAC

Daşkənddə Türk Dünyası Transplantoloqları Cəmiyyətinin üçüncü konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə türk dünyası ilə yanaşı, Avropa və Asiya ölkələrindən gələn 120 tanınmış mütəxəssis iştirak edib.

Ölkəmizi bu tədbirdə Azərbaycan Səhiyyə Nazirliyinin baş nefroloqu, akademik M.C.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasının şöbə müdiri Fariz Babayevin rəhbərliyi ilə 10 həkimdən ibarət nümayəndə heyəti təmsil edib.

Tədbirdə deyilib ki, müasir tibdə transplantalogiya, yəni orqan köçürülməsi insan sağlamlığında ağır fəsadlar yaradan xəstəliklərin müalicəsi üçün böyük imkanlar yaradır. Dünyada hər il 136 min xəstəyə orqan köçürülür.

Fariz Babayev konqresdə Azərbaycanda böyrək çatışmazlığı və ondan irəli gələn böyrək transplantalogiyasının problemləri ilə bağlı çıxış edib. O öz çıxışında deyib ki, Azərbaycanda böyrək çatışmazlığı problemi ilə bağlı Dövlət Proqramı qəbul edilib. Bu proqrama uyğun olaraq Bakıda və regionlarda dializ mərkəzlərinin yaradılmasına başlanılıb və dializə ehtiyacı olan xəstələrin hamısı dövlət hesabına pulsuz müalicə alırlar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.