DÜNYA


“Türk Hava Yolları” 80-dən artıq reysi təxirə salıb

İstanbul, 24 yanvar, AZƏRTAC

“Türk Hava Yolları” aviaşirkəti İstanbul və Sabiha Gökçen hava limanlarından bəzi reyslərin təxirə salınması ilə bağlı açıqlama verib.

AZƏRTAC xəbər verir ki, açıqlamaya əsasən, İstanbulda yağan güclü qar səbəbindən “Türk Hava Yolları” (THY) ehtiyat tədbiri olaraq yanvarın 24-nə planlaşdırılan uçuşların bir qismini yerinə yetirməyəcək.

Bu gün İstanbul hava limanında 52, Sabiha Gökçen aeroportunda isə 31 reys təxirə salınıb. İndiyə qədər şəhərin hər iki hava limanında planlaşdırılan reyslərin ləğv edilməsi halları istisna olmaqla, uçuşlarda heç bir neqativ hal olmayıb. Sərnişinlərə uçuşları ilə bağlı ən son məlumatları “https://www.turkishairlines.com/tr-int/ucak-bileti/ucus-durumu/” ünvanından yoxlamaları tövsiyə edilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.