DÜNYA


“Türk Hava Yolları” Çanaqqala zəfərinin 107-ci ildönümü münasibətilə film hazırlayıb VİDEO

İstanbul, 17 mart, AZƏRTAC

“Türk Hava Yolları” (THY) 18 Mart Çanaqqala zəfərinin 107-ci ildönümü münasibətilə xüsusi film hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı THY-nin mətbuat xidmətindən açıqlama verilib.

Filmdə şəhidlərin cəbhədən yaxınlarına və türk millətinə göndərdiyi məktublar səsləndirilir, Çanaqqalanın görüntüləri nümayiş etdirilib.

Xatırladaq ki, Çanaqqala döyüşündə türk əsgərləri ilə yanaşı, üç minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər.

Qeyd edək ki, martın 18-də Çanaqqala zəfərinin 107-ci ildönümü münasibətilə bu vilayətin Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsünün rəsmi açılış mərasimi keçiriləcək. Bu, Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.