İQTİSADİYYAT
“Türk Hava Yolları” Türkiyədən Lənkərana birbaşa aviareys açacaqdır VİDEO
Bakı, 23 iyun (AZƏRTAC). “Türk Hava Yolları” Türkiyədən Lənkərana birbaşa aviareys açmağı planlaşdırır.
Aviaşirkətin Bakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, bu barədə “Türk Hava Yolları”nın marketinq satışı üzrə birinci vitse-prezidenti Ziya Karataş məlumat vermişdir.
Ziya Karataş demişdir ki, “Türk Hava Yolları” hazırda Azərbaycanın üç şəhərinə - Bakı, Gəncə və Naxçıvana birbaşa uçuşlar həyata keçirir. “Türkiyədə aviasiya məsələlərinə həsr olunmuş sonuncu konfransda qardaş ölkələrimiz arasında hava nəqliyyatı sahəsindəki əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Artıq mövcud istiqamətlərlə yanaşı, Lənkərana da uçuşların həyata keçirilməsini planlaşdırırıq ”, - deyə Z.Karataş vurğulamışdır.