DÜNYA


Türk Hava Yolları aprelin 6-dan Atatürk hava limanından səfərlərini dayandıracaq

İstanbul, 11 mart, AZƏRTAC

Türk Hava Yolları (THY) İstanbulun yeni hava limanına köçməsi ilə əlaqədar aprelin 6-dan Atatürk hava limanından səfərlərini dayandıracağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, THY media müşavirliyinin yaydığı məlumata görə, artıq şirkətin bir hava limanından digərinə köçməsi işlərinə başlanılıb. Qeyd edilib ki, cari il aprelin 6-sı saat 02:00-dan etibarən şirkət Atatürk hava limanındakı bütün fəaliyyətini dayandıracaq. Həmin tarixdə saat 14:00-dan etibarən THY-nin Atatürk hava limanından planlaşdırılan bütün aviareysləri İstanbul hava limanından həyata keçiriləcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.