İQTİSADİYYAT


“Türk Hava Yolları” aviaşirkəti Azərbaycan Turizm Assosiasiyasının tam hüquqlu üzvü olub

Bakı, 9 oktyabr, AZƏRTAC

“Türk Hava Yolları” aviaşirkəti Azərbaycan Turizm Assosiasiyasının (AZTA) tam üzvləri siyahısına əlavə olunub.

AZTA-dan AZƏRTAC-a bildirilib ki, assosiasiyanın rəhbəri Nahid Bağırov “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyasıya təbriklərini çatdıraraq xüsusi üzvlük sertifikatını təqdim edib. “Sizi sıralarımızda görməyə çox şadıq və əminəm ki, “Türk Hava Yolları” ölkəmizdə turizm sektorunun inkişafına öz töhfəsini verəcək. Bu fəaliyyətin AZTA ilə əməkdaşlıq formatında həyata keçirilməsi bizim üçün çox sevindiricidir”, – deyə N.Bağırov qeyd edib.

Seyfullah İlyas isə şirkətin AZTA-nın üzvlüyünə daxil olmasından məmnunluğunu ifadə edərək bildirib ki, ölkənin turizm sənayesinin inkişafında bundan sonra da aktiv iştirak edəcək.

Qeyd edək ki, “Türk Hava Yolları” AZTA-nın üzvlüyünə daxil olmuş ikinci aviaşirkətdir. Bundan əvvəl “Azərbaycan Hava Yollar” aviaşirkəti AZTA-nın üzvlüyünə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.