DÜNYA


“Türk Hava Yolları” aviaşirkəti İstanbul üzrə 14 istiqamətdə uçuşları ləğv edib

Ankara, 7 yanvar, AZƏRTAC 

Türkiyədə havaların şaxtalı və qarlı keçməsi bir sıra problemlər yaradıb. Bir neçə vilayətdə məktəblər yanvarın 7-də və 8-də tətilə buraxılıb. Bəzi yerlərdə tətil müddətinin uzadılacağı istisna deyil.

AZƏRTAC xəbər verir ki, İstanbul vilayətində də havaların kəskin soyuması ictimai təsərrüfatın idarə olunmasında əngəllər yaradıb. “Türk Hava Yolları” aviaşirkəti İstanbul Atatürk Hava Limanında yanvarın 7-nə aid xaricə və ölkə daxilində qrafikə uyğun 14 istiqamətdə uçuşu ləğv edib. Hələlik ləğv olunan aviareyslərin bərpası barədə məlumat verilmir.

Yol polisi şəhərlərarası şoselərdə və beynəlxalq dərəcəli magistrallarda avtomobillərin hərəkətinə nəzarəti gücləndirib. Sürət həddi aşağı salınıb. Dağlıq bölgələrdə təkərlərin üstünə zəncir çəkilməsi məcburi qaydaya salınıb. Bütün bunlara baxmayaraq, ağır yol-nəqliyyat qəzaları baş verməkdədir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.