İQTİSADİYYAT


“Türk Hava Yolları” ilin sonunadək bütün biletləri ödənişsiz dəyişdirmək imkanı yaradıb

Bakı, 9 sentyabr, AZƏRTAC

“Türk Hava Yolları” cari il dekabrın 31-dək alınmış və alınacaq bütün biletləri ödənişsiz dəyişdirmək imkanı yaradıb.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, mövcud qlobal pandemiya ilə əlaqədar sərnişinlərin məmnuniyyəti üçün “Türk Hava Yolları” bilet qaydalarında yeni dəyişiklik edib. Yeni qaydaya uyğun olaraq, martın 21-dən alınmış və dekabrın 31-dək yazılacaq bütün biletlərdə məhdudiyyətsiz tarix dəyişikliyi etmək pulsuz olacaq. Biletin ödənişsiz dəyişikliyi üçün sərnişinlər orijinal biletlərindəki ilk uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşları ləğv etməli, yeni tarix müəyyən etməlidir. Bu şəkildə biletə ediləcək limitsiz dəyişikliklər ödənişsizdir. Yəni, bilet dəyişikliyi üçün heç bir cərimə alınmayacaq.

Qeyd edək ki, bilet dəyişikliyi zamanı ortaya çıxacaq digər ödənişlər (valyuta fərqi, sinif və istiqamət dəyişikliklərindən ortaya çıxacaq ehtimal fərqlər, vergi fərqləri və sair) sərnişin tərəfindən ödənilməlidir.

Tətbiq olunacaq yeni qaydaya uyğun olaraq sərnişin yeni səyahət tarixinə qərar verməyibsə, yeni səyahət tarixi seçənədək düşünə bilər. Lakin bunun üçün də mütləq uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşlar ləğv edilməlidir. Müəyyən ediləcək yeni səyahət dekabrın 31-dək tamamlanmış olmalıdır. Biletlərin keçərliliyi qeyd edilən müddətə qədər uzadıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.