DÜNYA


“Türk Hava Yolları” yeni istiqamətlərdə aviareyslərə başlayır

Bakı, 14 iyun, AZƏRTAC

“Türk Hava Yolları” (THY) yeni istiqamətlərdə aviareyslərə başlayır.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, bu il İstanbul Hava limanından Mərakeş, Şarja, Port-Sudan, Luksor şəhərləri istiqamətində aviareyslərə start verilib. Növbəti istiqamət isə Bali, Mexiko, Kankun və Rovaniemi şəhərləridir. Belə ki, iyul ayının 17-dən etibarən THY İstanbul ilə İndoneziya adası Balini birləşdirəcək. Uçuşlar həftədə 3 dəfə olmaqla həyata keçiriləcək. Avqust ayının 8-dən etibarən isə aviareys gündəlik reallaşdırılacaq.

Həmçinin yay aylarında aviaşirkətin uçuş şəbəkəsinə Mexiko və Kankun şəhərləri də qatılacaq. İstanbul-Mexiko-Kankun aviareysi həftədə 3 dəfə olmaqla reallaşdırılacaq. Sərnişinlər yeni istiqamətdə “Boeing B787-9” təyyarəsi ilə uçacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.