İQTİSADİYYAT


“Türk Hava Yolları”nın yeni İstanbul aeroportundan Bakıya olan biletlərinin qiyməti açıqlanıb

Bakı, 12 oktyabr, Elvin Camalov, AZƏRTAC

“Türk Hava Yolları”nın yeni İstanbul aeroportundan iki aylıq kampaniya müddətində Bakıya olan biletlərin qiyməti məlum olub.

AZƏRTAC “Milliyet” qəzetinə istinadla xəbər verir ki, “Türk Hava Yolları”nın yeni İstanbul aeroportundan Bakıya olan uçuşlarda hər iki istiqamətə biletlərin qiyməti ümumilikdə 99 dollar dəyərində olacaq.

Qeyd edək ki, yeni aeroportun rəsmi açılışı oktyabrın 29-da baş tutacaq və ilk ölkəxarici uçuşlar Şimali Kipr Türk Respublikasına və Azərbaycana olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.