MƏDƏNİYYƏT


“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində  VİDEO

Bakı, 21 oktyabr, Xəyalə Məmmədova, AZƏRTAC

Türkoloq, mədəniyyətşünas İbrahim Qəfəsoğlunun “Türk Milli Kültürü” kitabı türkcədən Azərbaycan dilinə tərcümə edilib.

AZƏRTAC xəbər verir ki, nəşrin tərcüməçisi, publisist, ədəbiyyatşünas, professor, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ramiz Əsgər kitabla bağlı dəyərli fikirlər söyləyib.

Bildirib ki, bu kitab türkologiyanın elmi təməli hesab edilə bilər.

R.Əsgərovun fikrincə hər millət maddi imkanları və mənəvi dəyərləri ilə bütöv bir mədəniyyətdir: "Əgər bir millət yaşayırsa, onun mədəniyyəti var və olacaq. Bu kitabda türk millətinin özəllikləri ilə seçilən türk mədəniyyəti araşdırılıb və mühafizə edilərək gələcək nəsillərə ötürülür. Kitab yeni nəsil tədqiqatçılara araşdırmalar aparmaq üçün böyük bir töhfədir”.

Professor bu əsəri türkoloji ensiklopediya adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.