ELM VƏ TƏHSİL


Türk Standartları İnstitutu: Bakı Ali Neft Məktəbi ISO standartlarına tam cavab verir

Bakı, 14 yanvar, AZƏRTAC 

Türk Standartları İnstitutu (TSİ) Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə qiymətləndirmə keçirib. Bu məqsədlə TSİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Gülhan Yüzereroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti BANM-da olub. Bir neçə gün davam edən qiymətləndirmə zamanı nümayəndələr Ali Neft Məktəbinin müxtəlif şöbələri və kafedralarında olub, iş fəaliyyətini təhlil ediblər.

BANM-dən AZƏRTAC-a bildirilib ki, qiymətləndirmənin yekununda Ali Neft Məktəbinin malik olduğu ISO standartlarını təhsildə layiqincə yerinə yetirdiyi təsdiqlənib və bu standartların tətbiqinin davam etdirilməsi tövsiyə olunub.

Qeyd edək ki, BANM Azərbaycanda ISO 9001 “Keyfiyyət idarəetmə sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 “Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” standartlarına sahib və onları uğurla tətbiq edən yeganə ali təhsil müəssisədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.