ELM VƏ TƏHSİL


Türk Standartları İnstitutu Gömrük Komitəsinin Akademiyası ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 27 noyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Türk Standartları İnstitutunun (TSİ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə akademiya ilə TSİ arasında əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunmasının vacibliyini bildirən Q.Novruzov hazırda bu sahədə müvafiq işlərin həyata keçirildiyini bildirib.

TSİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri G.Yüzereroğlu DGKA-da beynəlxalq standartların tətbiqinə dair görülən işlərdən məmnunluğunu ifadə edərək, təmsil etdiyi qurumun akademiya ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. G.Yüzereroğlu akademiyanın fəaliyyətinin inkişafında TSİ-nin hər cür dəstək olmağa hazır olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.