İQTİSADİYYAT


Türk Şurası üzvlərinin gömrük hüquqpozmalarına qarşı mübarizə üzrə əməkdaşlığına dair memorandum təsdiqlənib

Bakı, 22 may, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair bu il martın 11-də Astana (indiki Nur-Sultan) şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev mayın 22-də bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.