SİYASƏT


Türk Şurasına üzv ölkələrin XİN rəhbərlərinin iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib VİDEO

İstanbul, 27 sentyabr, AZƏRTAC

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, İstanbulun Dolmbaxça sarayında keçirilən iclasda Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi sükutla yad edilib.

Tədbirdə Əfqanıstanla bağlı məsələlər müzakirə olunur. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən çağırılan iclasda üzv ölkələr Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və müşahidəçi ölkə Macarıstanın xarici işlər nazirləri iştirak edirlər.

Tədbir çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun birgə mətbuat konfransı keçiriləcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.