CƏMİYYƏT
Türk Şurasına üzv ölkələrin turizm nazirlərinin VI konfransı Özbəkistanda keçiriləcək
Ankara, 24 iyun, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının turizm nazirlərinin VI konfransı 2021-ci ildə Özbəkistanda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Türk Şurası turizm nazirlərinin iyunun 23-də videobağlantı şəklində keçirilən V konfransında qəbul olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara