CƏMİYYƏT


Türk Şurasının gənclər və idman məsələləri üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib

Bakı, 14 noyabr, AZƏRTAC

Türk Şurasının gənclər və idman məsələləri üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.

Gənclər və İdman Nazirliyindən (GİN) AZƏRTAC-a bildiriblər ki, videoformatda keçirilmiş iclasda əvvəlcə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin Azərbaycanın Qələbəsi ilə başa çatması münasibətilə üzv ölkələrin nümayəndələri tərəfindən təbrik ünvanlanıb.

Sonra 2019-cu ildə Bişkek şəhərində keçirilmiş gənclər və idman nazirlərinin 4-cü iclasının protokolunun icrası, COVID-19 pandemiyası dövründə birgə fəaliyyət və əməkdaşlıq, “Türk Şurası çərçivəsində çoxtərəfli və ikitərəfli gənclər və gənclər sahəsində işləyən əməkdaşlar arasında mübadilə proqramları üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi, İdman Könüllülərinin 1-ci Onlayn Sammitinin keçirilməsi, Gənc Sahibkarlar Forumunun keçirilməsi, Türk Şurası Gənclər Platformasının 2-ci Baş Assambleyasının keçirilməsi məsələləri müzakirə edilib.

Həmçinin Türk Şurası 4-cü Gənclər Festivalının, Türk Şurası 5-ci Beynəlxalq Gənclər Düşərgəsinin, Türk Şurası 3-cü Gənc Liderlər Forumunun, Türk Şurası Könüllülərinin Təlim Proqramının, 4-cü Dünya Köçəri Oyunlarının, 2-ci Türk Universitetləri İdman Oyunlarının keçirilməsi məsələləri barədə də müzakirələr aparılıb.

Sonda Türk Şurası gənclər və idman nazirlərinin 5-ci iclasının keçirilməsinə dair fikir və məlumat mübadiləsi edilib.

İclasda Azərbaycanı Gənclər və İdman Nazirliyinin sektor müdirləri Aydın Məmmədov, Fuad Babayev və İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə təmsil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.