DÜNYA


Türk alimi: ermənilərin Osmanlının “köləsi” olduğu barədə iddialar nankorluqdur

Bakı, 8 aprel, AZƏRTAC

ABŞ-ın Kaliforniya Universitetinin məzunu, tarixçi-jurnalist Əmrə Solak erməni jurnalistinin guya ermənilərin Osmanlı imperiyasında “kölə” vəziyyətində yaşamaları ilə bağlı fikirlərini tarixi faktlarla təkzib edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, “əzabkeş xalqın” bu nankorluğunu Osmanlı arxivlərindən çıxarılan sənədlərlə ifşa edən türk alimi erməni jurnalistinin “Osmanlı dövlətində irqçiliyin olduğu, ermənilərin ictimai yerlərə, restoranlara, müsəlman məktəblərinə buraxılmadığı”, onların ikinci növ insanlar hesab olunması fikirlərini növbəti yalan adlandırıb.

Tarixçi faktlarla sübut edib ki, XIX əsrdə Osmanlı imperiyasında 29 erməniyə paşa hərbi rütbəsi verilib, “əzabkeş xalqın” 22 nümayəndəsi hökumətin naziri, o cümlədən xarici işlər, maliyyə, ticarət nazirliklərinə rəhbər təyin edilib. Bundan başqa, Osmanlı parlamentində 33 erməni mənşəli deputat, xarici ölkələrdə isə 7 səfir və konsul olub. E.Solak qeyd edib ki, “kölə vəziyyətində yaşayan insanlar bu cür yüksək vəzifələrə təyin edilə bilməzdilər”.

Anadolu agentliyinin yaydığı xəbərdə adları yer alan erməni mənşəli Osmanlı paşalarının bir neçəsi, habelə hökumət üzvləri dövlətin ağır vaxtlarında xəyanət yolunu seçib, onlara insani münasibət göstərən türklərə arxadan zərbə vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.