SİYASƏT


Türk deputat: Azərbaycan xalqı və türk dünyası Qarabağdakı erməni zülmünü heç vaxt unutmayacaq VİDEO

Türk deputat: Azərbaycan xalqı və türk dünyası Qarabağdakı erməni zülmünü heç vaxt unutmayacaq
VİDEO

Ankara, 10 noyabr, AZƏRTAC

Ermənilərin bütün beynəlxalq hüququ heçə sayaraq işğal dövründə Qarabağda bütün dünyanın göz qarşısında törətdikləri insanlıq faciəsi tarixdə qara ləkə kimi qalacaq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı Yavuz Subaşı mətbuata açıqlamasında bildirib.

Deputat deyib ki, prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin liderliyi ilə Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” olaraq daim bir yerdə, çiyin-çiyinədir.

Ermənistanın hərbi təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində qazanılan Zəfərin 30 illik işğala son qoyduğunu diqqətə çatdıran Yavuz Subaşı Qələbədən sonrakı proseslərə toxunub. O bildirib ki, Azərbaycan xalqı və türk dünyası Qarabağdakı erməni zülmünü heç vaxt unutmayacaq.

Zəfərdən sonrakı proseslərə toxunan, eləcə də Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı təəssüratlarını bölüşən deputat deyib: “Qarabağ azad edilmişdir və inşallah, bir daha heç vaxt əsarətə düşməyəcək”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.