ELM VƏ TƏHSİL
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından osmanlı şairi Tacəddin İbrahim Əhmədinin “İsgəndərnamə” poemasının surətini əldə edib.
Əlyazmalar İnstitutundan AZƏRATC-a bildirilib ki, şair əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib. Həcmi səkkiz min beytdən artıq olan bu əsər türkcə ilk “İsgəndərnamə”dir.
Qeyd edək ki, Tacəddin İbrahim Əhmədi osmanlı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [14:30]
Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər
- 19.04.2024 [13:14]
Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür
- 19.04.2024 [13:10]
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
- 19.04.2024 [13:03]
Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib
- 19.04.2024 [13:02]
Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma
- 19.04.2024 [12:50]