CƏMİYYƏT


Türk dövlətlərinin Ombudsmanlar Assosiasiyasının növbəti iclası keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Ombudsman təsisatının təşkilatçılığı ilə Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) növbəti iclası keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin iştirak etdikləri onlayn iclasında açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva iştirakçıları salamlayaraq türk dövlətlərinin ombudsman və milli insan hüquqları institutlarının rəhbərləri tərəfindən bu ilin mayında Türkiyənin Bursa şəhərində imzalanan Anlaşma Memorandumuna və həmin ayda Azərbaycan Ombudsman təsisatının 20 illiyi münasibətilə Bakı şəhərində keçirilən beynəlxalq konfransın yekununda qəbul olunan Türk Dövlətləri Ombudsmanlarının Bakı Bəyannaməsinə istinad edib, bu sənədlərin qurumlar arasında birlik və əməkdaşlığın daha da güclənməsinə xidmət etdiyini vurğulayıb.

İclasda insan hüquqlarının səmərəli müdafiəsi sahəsində təcrübə mübadiləsi məqsədilə Assosiasiya üzvləri arasında maarifləndirmə tədbirlərinin və təlim səfərlərinin təşkilinin əhəmiyyəti qeyd olunub. Bununla bağlı Azərbaycan Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyət diqqətə çatdırılıb.

Müzakirələr zamanı S. Əliyeva Assosiasiyanın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb. İclasda Azərbaycan Ombudsmanının təşəbbüsü əsasında Assosiasiyanın fəaliyyət planının hazırlanması, həmçinin digər təşkilati məsələlərin həyata keçirilməsində təsisatın rolu xüsusi vurğulanıb.

Yekunda iştirakçılar arasında iclasın gündəliyinə daxil olan məsələlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.