DÜNYA


Türk dünyasının alimləri Abay Kunanbayevin yaradıcılığını müzakirə ediblər

Ankara, 18 noyabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə Trakya Universitetlər Birliyinin birgə təşkilatçılığı ilə “Anadan olmasının 175-ci ildönümü münasibətilə böyük qazax münəvvəri Abay (Abay Kunanbayev)” mövzusunda vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, vebinara Kırklareli Universitetində fəaliyyət göstərən Balkan Araşdırmalar Mərkəzinin rəhbəri Ertuğrul Karakuş sədrlik edib.

Vebinarın açılışında TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Kırklareli Universitetinin rektoru Bülent Şengörürın çıxışları dinlənilib.

Sonra türk dünyasının böyük şəxsiyyəti Abay Kunanbayevin zəngin mənalı həyatı və fəaliyyəti müzakirə olunub.

Azərbaycandan Elman Quliyev, Qırğızıstandan Kojogəldi Kultəkin və başqaları olmaqla tanınmış alimlər dərin mühakimələr əsasında Abay Kunanbayev yaradıcılığını qazax və türk dünyası ədəbiyyatında tükənməz irs kimi dəyərləndiriblər. Əminliklə ifadə olunub ki, Abay Kunanbayevin irsi bütün türk ədəbiyyatçıları tərəfindən cəlbediciliyini qoruyacaq və hər zaman araşdırmaçıların diqqətində olacaq.

Abay Kunanbayev əsərlərinin dünyada yayılması, yaradıcılığının təhlili, eləcə də əsərlərinin nəşri barədə məlumat verilib.

Xatırladaq ki, TÜRKSOY tərəfindən türkdilli xalqların ortaq mədəniyyətlərinin, ədəbiyyatlarının, eləcə də tarixi şəxsiyyətlərinin tanıdılmasına xidmət etmək məqsədilə 2020-ci il türk dünyasında “Abay Kunanbayev ili” elan edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.