ELM VƏ TƏHSİL
“Türk dünyasının coğrafiyası” kitabı çapa hazırlanır
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Türk dünyasının coğrafiyası” kitabının hazırlanmasına həsr olunmuş növbədənkənar iclas keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Türkiyə-Azərbaycan coğrafiya günlərində akademik Ramiz Məmmədovun bu kitabın hazırlanması təşəbbüsü türk alimləri tərəfindən böyük razılıqla qarşılanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu fikri dəstəkləyib və kitabın yazılmasına qərar verilib.
Əsərin üç cilddən, səkkiz fəsildən, 13 bölmədən ibarət olması nəzərdə tutulur. Kitabda türk dünyasının coğrafi mövqeyi, tarixi-coğrafi mahiyyəti və təbii şəraiti barədə məlumat veriləcək. Nəşrdə türk dünyası ölkələrinin iqtisadiyyatında Xəzər dənizinin əhəmiyyətindən bəhs olunacaq.
İclasda əsərin hər bir türk dövləti üçün vacibliyi qeyd edilib.