ELM VƏ TƏHSİL


“Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin sonuncu kitabının hazırlanma vəziyyəti müzakirə edilib

Bakı, 20 may, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş direktor coğrafiya elmləri doktoru Zakir Eminov gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib. Z.Eminov iyun ayında Azərbaycan coğrafiya elminin inkişafında böyük əməyi olan akademik Ramiz Məmmədovun vəfatının bir ilinin tamam olduğunu diqqətə çatdırıb. Onun alim haqqında xatirə kitabı hazırlanması təklifi iclas iştirakçıları tərəfindən razılıqla qarşılanıb.

Sonra Təhsil şöbəsinin müdiri coğrafıya üzrə fəlsəfə doktoru Müseyib Yunusovun doktorant və dissertantların attestasiyasının nəticələri haqqında məruzəsi dinlənilib.

İclasda coğrafiyaya elmləri doktoru, professor, Əməkdar elm xadimi Nurəddin Kərəmovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinin vəziyyəti müzakirə edilib. Konfransın iyun ayının 10-da alimin doğulduğu Şamaxı şəhərində keçirilməsi qərara alınıb.

Daha sonra Şuşanın albom-xəritəsinin, eləcə də “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilində sonuncu cildinin hazırlanmasının vəziyyəti və digər məsələlər də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.