“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” konfransının iştirakçıları ilə görüş
AzerTAg.az
Bakı, 23 oktyabr, AZƏRTAC
İstanbul Universitetinin rektoru, professor Mahmut Ak “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda konfransın iştirakçıları üçün görüş təşkil edib.
Azərbaycan İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüşdə professor Mahmut Ak tarixboyu Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. Bu əlaqələrin tarixi köklərə söykəndiyini, eyni millətə, dilə və dinə malik iki qardaş xalq arasında münasibətlərin əsrlərboyu yaşadığını və hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini vurğulayıb.
İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edib. O, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafında görkəmli ictimai-siyasi xadimlərin və ziyalıların rolundan danışıb, əcdadlarımızın sağlam özülə malik qardaşlıq körpüsünün təməlini atdığını, bu bağların daha da möhkəmlənməsi uğrunda gələcək nəsillərin görməli olduğu işlərin əhəmiyyətini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Fazil Mustafa, professor Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru Akif Vəliyev konfransın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Xəbərin mətnində orfoqrafik səhv var