Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türk dünyasının incisi Şuşadan Şərqi Zəngəzura qədər yeni inkişaf modeli

Türk dünyasının incisi Şuşadan Şərqi Zəngəzura qədər yeni inkişaf modeli

Bakı, 28 oktyabr, AZƏRTAC

Həyatımın ən xoşbəxt anlarını yaşayıram deyəm yanılmaram. Bu anlarda 44 günlük Vətən müharibəsinin qalibiyyətini yaşamaq, işğaldan azad edilmiş torpaqlarımıza getmək və Qələbəmizin əsl sahibləri ilə tarixi hadisələrin – Şuşa Bəyannaməsinin imzalanmasının, Zəngəzur dəhlizinin təməlqoyma mərasiminin iştirakçısı olmaq da var. İlk səfərim türk dünyasının incisi Şuşaya olmuşdur. Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi rəsmi dəvətlə yollandığım Şuşaya Zəfər yolu ilə getdik. Füzulidən Xocavəndə və Şuşaya doğru irəlilədikcə çoxsaylı ağır inşaat texnikalarını - ekskavatorlar, kranlar və yük maşınlarını müşahidə etdik. Yolboyu demək olar hər yerdə qızğın tikinti işləri gedir. Yollar, körpülər, tunellər, su və elektrik xətləri, drenaj sistemləri inşa olunur. Bu torpaqları işğaldan azad edən dövlətimiz indi ona yeni həyat bəxş edir. Qarabağın mirvarisi olan Şuşanın özü isə elə şəhərin girəcəyindən görünür ki, böyük tikinti meydanıdır. Şəhərə yerin altından yeni kommunikasiya xətləri çəkilir, küçələr təmir olunur, hər tərəfdə ağır texnikalar işləyir, qızğın iş gedirdi. Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Bərpa-tikinti işləri zamanı milli memarlıq adət-ənənələrimizi özündə əks etdirən ornamental kompozisiyalar və elementlər tətbiq edilir. Həmçinin fasadların üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov deyib.

Akademik bildirib: “Burada gördüklərimiz onu deməyə əsas verir ki, mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. İşğaldan azad olunduqdan sonra ilk dəfə getdiyim ərazilərimizin vəhşicəsinə dağıdılması mənə çox pis təsir etsə də, müasir səviyyədə bərpa olunan və yeni quruculuq işləri Qarabağımızın gələcəkdə regionun böyük sosial, iqtisadi, turizm və mədəniyyət mərkəzi olacağına ümid verməsi məni qürurlandırıdı. Bu ümid və qürurla mədəniyyət paytaxtımız Şuşanın Türkiyə və Azərbaycan bayrağına sarılması ən xoş görünüşlərdən biri idi. İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada Bəyannamə imzalamaqla, sözün əsl mənasında, tarix salnamə yazdılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə müttəfiqliyinin rəsmi təminatı oldu. Bu tarixi günə şahidlik etmək mənə də nəsib olduğu üçün fəxarət hissi keçirirdim. O qürur hisslərini Şərqi Zəngəzurda yenidən, ikinci dəfə mənə bəxş etdiyi üçün dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm”.

İşğaldan azad olunan torpaqlarımızda yaradılan inkişaf modelinin həm beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşması, həm də iqtisadi menecmentin müasir çağırışlara uyğun qurulmasını özündə etdiyini vurğulayan komitə sədri deyib: “Artıq müasir standartlara uyğun beynəlxalq hava limanı, yollar və bir sıra digər infrastrukturun formalaşması istiqamətində işlər başlayıb. Bu, eyni zamanda, iqtisadi idarəetmə baxımdan da yeni modelin formalaşması anlamına gəlir. Bu model isə Prezidentin qeyd etdiyi kimi, növbəti mərhələdə digər ərazilərimizə transfer ediləcək. Bunu Şərqi Zəngəzura –Zəngilana gedərkən şahidi olduğum infrastruktur layihələrindən bir daha görmək olur. Bu gün dünyanın bir çox aparıcı şəhərlərində “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası informasiya və kommunikasiya texnologiyasına inteqrasiya olunur. Bu da imkan verir ki, vətəndaşlar xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə edə bilsinlər. Bu həm asan idarəçilik, həm səmərəliliyin artırılması, həm də hədəflərə nail olunması baxımından əlverişlidir. Eləcə də həmin şəhər sakinləri ilə hökumət arasında əlaqənin həm daha şəffaf, həm də daha asan həyata keçirilməsi, eyni zamanda, vətəndaşla məmur arasındakı əlaqələrin genişləndirilməsinə imkan verəcək. Səfər boyunca gördüyüm bu iri layihələrin fövqündə isə Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət və Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətlərinin ən yüksək səviyyədə olması ilə özünün ən qürurverici anlarını yaşaması durur.

“Son bir ildə üç dəfə Azərbaycanda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdilər. Səfər çərçivəsində iştirakçısı olduğum Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (Zəngəzur dəhlizi) avtomobil yolunun da təməli qoyuldu. Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi həm də türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Dəhliz açıldıqdan sonra uzun illər blokadada qalmış Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası bu blokadadan xilas olacaq. Tarixi ərazimiz olan Zəngəzura 101 ildən sonra yenidən qayıdacağıq. Zəngilanı Naxçıvandan ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan qərbi Zəngəzurla, daha sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi Qələbəsidir. Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən çox önəmli nəqliyyat dəhlizi olacaq. Azərbaycanla qardaş Türkiyə arasında quru sərhədlər bərpa olunacaq. Zəngilan rayonu isə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək”, - deyə deputat əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq