İQTİSADİYYAT
Türk dünyasının tanınmış aşıqlarının yubiley tarixləri ilə əlaqədar poçt markası dövriyyəyə buraxılıb


Bakı, 16 dekabr, AZƏRTAC
“Azərpoçt” MMC tərəfindən türk dünyasının üç tanınmış aşığı – Aşıq Ələsgər, Jambıl Jabayev və Yunus Emrenin yubiley tarixləri ilə əlaqədar poçt markası dövriyyəyə buraxılıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, markanın üzərində hər üç aşığın portreti və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun loqosu təsvir olunub. 5 min tirajla çap olunan markanın rəssam-dizayneri Orxan Qarayevdir.
Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi hazırlanıb.
Qeyd edək ki, marka Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sifarişi əsasında çap edilib.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]