SİYASƏT


Türk düşmənlərinin Xocalı soyqırımına aid fotolardan siyasi spekulyasiya cəhdi ifşa olunub

Ankara, 10 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərət çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı haqqında dünya ictimaiyyətində yanlış fikir formalaşdırmaqda maraqlı olan düşmən qüvvələr sosial şəbəkədə saxta məlumatlar yaymağa başlayıblar.

AZƏRTAC xəbər verir ki, bu səpkili məlumatların birində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımına aid orijinal fotodan istifadə olunub. Sosial şəbəkə izləyicilərini aldatmağa çalışaraq yazıblar ki, guya bu fotolar Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” və “Fərat qalxanı” antiterror əməliyyatları zamanı çəkilib. Türkiyə KİV-ləri fotoların Xocalı soyqırımına aid olduğu barədə məlumat yayaraq yalanı ifşa ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.