ELM VƏ TƏHSİL


Türk əlyazmaları kataloqu rus dilində

Bakı, 12 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “Türk əlyazmaları kataloqu” seriyasından “Naməlum müəlliflərin folklor abidələri və əlyazmaları” adlı birinci cildi rus dilində nəşr etdirib. Folklor nümunələrinin təsviri və tərtibi filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğlu tərəfindən hazırlanıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrin redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. Kitabı Azərbaycan dilindən rus dilinə tərcümə edən institutun əməkdaşı Tahirə Əliyevadır.

Əlyazmalar İnstitutunda mühafizə olunan folklora müəllifsiz türk əlyazmalarının elmi-paleoqrafik təsviri daxildir. Təsvir olunan əlyazmalar əsasən XVII, XVIII, XIX və XX əsrin əvvəllərini əhatə edir. 375 ədəd yazılı nümunəyə dastanlar (“Kitabi-Koroğlu”, “Qəşəm xan və Gülüstan xanım”, “Şəhriyar və Sənubər”, “Dastani-dəvə” və s.), rəvayətlər (“Kəllənamə”, “İsmayılnamə”, “Möcüzəti-Nəbi”, “Hekayəti-Qureyş xan” və s.), nağıllar (“Padşahın oğlanları”, “Kəlilə və Dimnə”, “Tülkü və sağsağan” və s.), eləcə də müxtəlif məzmunlu şifahi xalq ədəbiyyatı nümunələri aiddir.

Kataloq yalnız ölkədə deyil, digər türkdilli dövlətlərdə də böyük maraq doğurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.